AĞBABA FOLKLORU;

 

 

Oğuz yurdunun mənəvi sərvətindən bir örnək

 

Zəngin folkloru olmayan xalqın yüksək səviyyədə milli mədəni irs yaratması müşküldür. Avropa şərq xalqlarının mifologiyasına folkloruna heyrətini gizlədə bilmir. Folklor mədəniyyətin təzahürüdür. Ovçuluq, balıqçılıq, maldarlıq əkinçilik mədəniyyəti haqqında tarix elminin verə bilmədiyi bilgini folklor "canlı" sözün gücü ilə nəsildən-nəsilə çatdırıb, əsl möcüzə yaradıb. Ən mürəkkəb mifoloji mətnlərin alt qatında tarixi gerçəklik, təbiət cəmiyyət haqqında real təsəvvürlər dayanır. Nağıl dastanlar xalqın təkcə arzularını, istəklərini ifadə etmir, təfəkkür səviyyəsini kodlaşdırır. Bu nümunələr rəmzləşdirilmiş həyat tərzini, ailə-məişət münasibətlərini, əxlaqı, davranış mədəniyyətini əks etdirir. İnanc, türkəçarə, alqış, qarğış başqa bu kimi janrlar son bir neçə ildə folklorşünaslığın tədqiqat obyektinə çevrilsə , min illərin süzgəcindən keçib gəlmiş dünyaduyumu mənəviyyatı ifadə edir.
   Folklor çoxsaylı elmi çarpazlaşmalar mənbəyidir. Ayrı-ayrı hadisələr şəxsiyyətlər haqqında rəvayətlər tarixçilər üçün, yer-yurd adları haqqında rəvayətlər coğrafiyaçılar üçün əvəzsiz mənbədir. Folklorda təbabətə, astronomiyaya, fəlsəfəyə aid fikirləri ifadə edən xüsusi janrlar mövcuddur. Folklor təkcə fantaziya deyil, həm xalqın elmi baxışlar sistemidir. Toplanmış folklor nümunələri xalqın zəngin söz sərvəti kimi araşdırılır, elmi süzgəcdən keçirilir. Azərbaycan türklərinin folkloru həm ayrı-ayrı fərdlər tərəfindən, həm sistemli şəkildə toplanıb. Firidunbəy Köçərlinin təxminən yüz il bundan qabaq başladığı işi Folklor İnstitutu uğurla davam etdirir. İnstitut folklorun öyrənilməsini respublikanın hüdudları ilə məhdudlaşdırmır, burada Qərbi Azərbaycan, Gürcüstan, Dağıstan türklərinin, həmçinin İraq türkmənlərinin folkloru haqqında kitablar nəşr olunub. Muğan, Qarabağ, Naxçıvan bu kimi bölgələrin folkloru ilə bağlı aparılan araşdırmalar da bu istiqamətdə görülən tədqirəlayiq işlərdəndir.
   İnstitutun son nəşrlərindən biri "Qədim Oğuz yurdunun Düzkənd kəndi" (2006) adlanır.
Folklor İnstitunun əməkdaşı Tacir Səmiminin zəhməti bahasına ərsəyə yetişən bu kitabda Ağbaba bölgəsinin (Amasiya rayonunun) etnoqrafik ənənələri ilə seçilən Düzkənd kəndinin ağız ədəbiyyatı, məişəti, mədəniyyəti təsərrüfat həyatı haqqında maraqlı məlumatlar toplanıb. Sinədəftər adamların el-oba söhbətlərini, adət-ənənələrini toplayan müəllif kəndin yerləşdiyi ərazi, yer-yurd adları, kənddə yaşayan tayfa tirələr haqqında araşdırma aparıb, ağbabalıların təsərrüfat həyatı, məişəti, məşğuliyyəti, mifoloji təfəkkürü, bir sözlə, maddi mənəvi sərvəti ilə bağlı zəngin bir mənbə rolunu oynaya biləcək toplu yaradıb. Mifoloji rəvayətlər adı altında xarabalıqlarda yaşayan mifoloji varlıqdan söhbət açılır, adamlar yatandan sonra gəzib dolaşan ev yiyəsi ruhla bağlı mətnlər verilir. Əhməd, Qaçaq Qənbər, Qaçaq Yusif, Həmzə ağa haqqında rəvayətlər, Lotu Əşrəf, Toyçu Xəlillə bağlı lətifələr folklorşünaslarımız üçün maraqlı nümunələrdir. Bu kitabla Folklor İnstitutu "Ağbaba folkloru" adlı nəşrdən sonra (tərtibçisi Sürəyya Ağbabalıdır) bu mövzuya təkrar müraciət edib, həmin topluda yer almayan tərəflərə işıq salıb. Belə ki, kitabda artıq dədə-baba yurdunu tərk etmiş Daşdəmirlilər, Arıxlılar, Qəhrəmanlılar (Samoğarlılar, Qırboylar Sağamoylular
) kimi türk tayfa-tirələrindən, onların məşğuliyyətindən danışılır, dəmirçilik, dulusçuluq, maldarlıq, atçılıq, toxuculuq, əkinçilik başqa peşələrlə bağlı görülən işlər xatırlanır. Aşıq Heydər el şairi olmaqla bərabər kirkirə, cəhrə, yun darağı düzəldər, ağacdan qaşıq, qəlyan, müştük yonub hazırlardı. Tacir Səmimi ürək ağrısı ilə yazır ki, bir dəfə olsun, Qasım xarabasında, başqa tarixi yerlərdə arxeoloji qazıntılar aparılmadı. Xarabalıqda dulusçu kürələrinin qalıqları son illərədək qalırdı. Qəndil, sərnic, bardaq, cürdək, çanaq tutumuna istifadə məqsədinə görə fərqli gil qablardır. Düzkəndlilər suyu uzaq məsafədən tüng (saxsı) borularla çəkib gətiriblər. Bu qədim Oğuz yurdunda cil ipliklər boyadılır, yumaq kələflər hazırlanır, hana qurulub, həsir toxunurdu. Cildən hörülən kəndir isə kem adlanırdı. Toxucular ip kələflərini bataqlığa basdırıb qaraldırdılar. İpliyə yaramayan yun qırıntılarına çöpük deyirdilər. Çöpüyü mütəkkənin içinə doldururdular. Bu kənddə kişilər adətən yer hanasında toxunan parçadan çuxa, arxalıq şalvar tikdirərmişlər. Bütün bunlar maraqlı etnoqrafik müşahidələrdir.
   Düzkəndlilərin məişəti onların aşıq rəvayətlərində, nağıllarında, bayatılarında, vəsfi-hallarında, inamlarında başqa folklor nümunələrində yaşayır.
   
   Əzizim ayaz olar,
   Qış gedəndə yaz olar.
   Qəriblikdə ölənin
   Ağlayanı az olar.
   
   Qaldırın yeləni,
   Gözüm görsün gələni.
   Kim yuyar, kim götürər
   Qəriblikdə öləni?
   
   Kitabda aşıq yaradıcılığından nümunələrin verilməsi təbiidir. Deyişmələr, aşıq rəvayətləri Qərbi Azərbaycanın bu sənətə sədaqətinin nümunəsi təsiri bağışlayır. Aşıq Nəbi, Aşıq Heydər, Çoban Əli Aşıq Əbdül irsi düzkəndlilərin ədəbi sərvətidir. Ara həkimləri Qara Dilbər, Məşədi Əşrəf İskəndərin türkəçarələri eyni dərəcədə qiymətlidir. Düzkəndin keçmişindən bəhs edən Cahangir Əliyevin xatirələri, tarixi şəxsiyyətlər hadisələr haqqında qısa oçerklər, həmçinin çoxsaylı şəkillər bu qədim Oğuz yurdu haqqında verilən məlumatları tamamlayır.
   Belə nəşrlərə ehtiyac böyükdür. Regional folklor etnoqrafiya araşdırmalarını canlandırmağa ehtiyac duyulur. Çoxçalarlı söz sərvətimiz yubanmadan toplanıb nəşr olunmalıdır. İtirdiyimiz hər gün yüzlərlə folklor nümunələrinin fatihəsi oxunur. Bu mənada Tacir Səmiminin Ağbaba folkloru haqqında kitabı folklorçularımız üçün əvəzsiz töhfədir. Onun bu bölgənin Güllübulaq, Güllücə, Qarabulaq, Öysüz, Oxçoğlu, Təpəköy başqa kəndlərinin folklorunu nəşr etdirmək istəyi tədqirəlayiqdir.

 

TİKMEDAŞLI ALIK HASTA KASIMDAN BİR ŞİİR.

 
                                      

                                         Yahşidir

 
                        Deli gönül benden sana emanet
 
                        Deme bu dünyada kalım yahşidir
 
                        Birgün olur kavim kardaş yad olur
 
                        Deme ulusum var elim yahşidir.
 
 
 
                        Bir meclise varsan özünü övme
 
                        Şeytana baç verip kimseye sövme
 
                         Kuvvetli olsan da yoksulu dövme
 
                         Deme ki zorluyum kolum yahşidir.
 
 
 
                          Hasta Kasım kime kılsın dadını
 
                          Canı çıksın özü çeksin odunu
 
                          Yahşi yiğit yaman etmez adını
 
                          Çünkü yaman addan ölüm yahşidir.


 

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !